Elşən Mustafaoğlu azadlığa buraxıldıbackend

Dövlətə xəyanət etməkdə təqsirləndirilən ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlu azadlığa buraxılıb.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, E.Mustafaoğlu cəzasının çəkilməmiş hissəsindən azad olunub.

Qeyd: E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə E.Mustafaoğluna hökm oxunub. O, məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan E.Mustafaoğlu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Məhkəmə E.Mustafaoğlunun apellyasiya şikayətini təmin etməyib. Ali Məhkəmədə də şikayəti təmin olunmayıb.