Elşən Quliyevə vəzifə verildibackend

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

“Yeni Gündəm”-in məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Elşən Quliyev Kəlbəcər Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, E.Quliyev bu təyinata qədər Kəlbəcər RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsində çalışıb.

Oxu.az