Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın yeni yazdığı şeir sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
”Yeni Gündəm” xəbər verir ki, o, “Əldən getdi” adlı yeni şeirini sosial şəbəkdə paylaşıb.
Şeri olduğu kimi təqdim edirik:
Əldən getdi
Kimin üçün isə
Həmişə özümü qorumuşam
Kimə görə isə
Həmişə onu soyutmuşam
Qorxutmuşam
Qovrulmuşam
Ancaq onu qorumuşam
Ona görə onu qorumuşam ki,
Gözəlliyim əldən getsin
Bir də gördüm
Qorumağa dəyməz artıq
Çünki hər şey əldən getdi.
Getdi, getdi, Nə qaldı ki, bu həyatda?
Kimlər getdi, kimlər qaldı
Kimlər yatdı, kimlər baxdı
Kimlər qaçdı, kimlər satdı