Elza Seyidcahanla jurnalist arasında gərginlik: “Oğlun pulu ödəyirsə, camaatdan niyə yığırsan?” – VİDEObackend

Əməkdar artist Elza Seyidcahanla jurnalist Zülfiyyə Qurbanova arasında gərgin anlar yaşanıb.

Hadisə ARB TV-də yayımlanan “Səni axtarıram” verilişində baş verib.

Aparıcı Xoşqədəm Hidayətqızı Elzanın oğlunun anasına 1 000 manat göndərdiyini bildirib.

Zülfiyyə Qurbanova isə: “Oğlun deyir ki, maşını satıb, qalan pulu ödəyəcək. Maşını satıb pulu verirsə, burada oturmağına ehtiyac yoxdur, burada niyə camaatdan pul yığırsan?” – deyə əlavə edib.

Bu sözlərdən sonra Elza ilə jurnalist arasında gərginlik yaranıb:

“Mən icazə vermərəm ki, oğlum nə maşınını, nə telefonunu, nə də evini satsın. Şantaja görə heç nəyimi satmaram”, – deyə Elza vurğulayıb.