“EMEDIA GROUP” un təşkilatçılığı ilə“ZƏFƏR ANI” adlı tədbir keçirildibackend

“EMEDIA GROUP” un təşkilatçılığı ilə APREL DÖYÜŞLƏRİ QƏLƏBƏ TARİXİNİN 3-cü il dönümünə həsr olunmuş “ZƏFƏR ANI” adlı tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni səslənərək tədbirə start verildi. Tədbiri “EMEDIA GROUP” un sədri Elşən Əliyev giriş sözü ilə açaraq şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra Aprel döyüşlərinə həsr olunmuş xüsusi hazırlanmış video çarx təqdim edildi.
Tədbirdə millət vəkiləri, səfirlər, aprel döyüşçüləri, aprel və qarabağ qaziləri, şəhid ailələri, Yunis Əmrə Universitetinin rektoru, QHT rəhbərləri, İncəsənət xadimləri, Karifey sənətkarları,televiziya aparıcıları və s. iştirak etmişdir.
Tədbirdə Aprel qazilərinə Millət vəkiləri tərəfindən “EMEDIA GROUP” un təsis etdiyi “ZƏFƏR ANI” adlı fəxri mükafatlar təqdim olundu.
Tədbirin sonunda incəsənət xadimləri Nailə Mirməmmədli və Baba Vəziroğlu -nun birgə ərsəyə gətirdikləri Gülyanaq və Gülyaz Məmmədovaların ifasında “QƏLƏBƏ MARŞI” səsləndirildi.