Əmək pensiyalarında hansı dəyişikliklər olacaq? – Millət vəkilindən mühüm açıqlamabackend

Milli Məclisdə nəinki qəbul edilən qanunlar,  qanunların təkmilləşdirilməsi tam vətəndaşların marağına xidmət edir. Çünki bizim dövlətin siyasətində hər şeyin başında və mərkəzində vətəndaş dayanır. Bildiyimiz kimi ölkəmizdə bütün sahələrdə çox ciddi və uğurlu islahatlar həyata keçirilir. Pensiya haqqında qanunvericilikdəki dəyişikliklərin edilməsi də sosial sahədə həyata keçirilən uğurlu islahatların məntiqi davamıdır. Bildiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 2022-ci il 8 fevral tarixli 3135 nömrəli Sərəncamında qeyd edildiyi kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırıq verilmişdir. Qeyd etmək istərdim ki,  bu tapşırıqların əsas mahiyyəti vahid indeksasiya metoduna keçid və maddi yardımların vətəndaşın pensiyasına təsirilə bağlıdır.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Millət vəkili “Əmək pensiyaları haqqında“ Qanunundaki dəyişikliklərdən eyni zamanda yaranacaq yeni üsullardanda danışdı”

“Belə ki, tapşırıqlar qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının əmək pensiyalarının indeksləşdirilməklə artırılması mexanizminə və eləcə də 2022-ci ildə əmək pensiyaçılarına ödənilən maddi yardımın 2023-cü il yanvarın ayının birindən başlayaraq, pensiyaların tərkibinə daxil edilməsinə dair təkliflər təqdim edilmişdir.  Nazirlik tərəfindən   “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliklərin məqsədi də məlum sənəddə əks olunmuş tapşırıqların icrasını təmin etməyə xidmət edir. Bu baxımdan da layihədəki əsas dəyişikliklər işçiyə verilən  maddi yardımların pensiyaların tərkibinə daxil edilməsindən və qulluq üçün ayrılan əlavənin növbəti ilin yanvarından indeksasiya edilərək pensiyanın artırılmasından ibarətdir.

Yəni qeyd edilmiş kateqoriyayalar üzrə çalışan işçinin qulluğa görə əlavə, onun pensiyasının və əvvəllər nəzərdə tutmuş olduğu vəzifələr üzrə aylıq əməkhaqqısı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, pensiyasına əlavələr yenidən hesablanır və artırılırdı. Belə ki, bu kateqoriyadan olan şəxslərin əməkhaqqıları 3-5 ildən bir artırıldığında. Nəticədə qulluq əlavəsi alan şəxslərin pensiyasında da heç bir artım olmurdu.Məlum dəyişikliklər ənənəvi olaraq ölkədə pensiyaların ənənəvi indeksləşdirilərkən bu kateqoriyadan olan işçilərin də pensiyaların artmasına səbəb olacaqdır. Qanuna təklif edilmiş bu dəyişikliklər  pensiyaçılar arasında mövcud olan ayrı-seçkiliyin də aradan qaldırmaqla bərabər pensiyaları dəyər itkisindən qoruyacaqdır. Bundan sonra vahid indeksasiya metodunun tətbiq edilməsini özündə əks etdirən bu layihədə pensiyaçıların sosial rifahı əsas götürülməklə, maddi yardımların pensiyaların tərkibinə daxil edilməsini nəzərdə tutur.

Daha dəqiq ifadə etsək yeni variantda olan qanun bu ilin əvvəlindən maddi yardımların nəzərə alınmaqla indeksasiyanın həyata keçirilməsi ilə pensiyalarda  artım müşahidə olunacaq. Nəticədə Ölkə Başçısının təşəbbüsü ilə ödənilməsinə başlanılmış maddi yardımların pensiyaçılara ikiqat müsbət təsiri olacaqdır. Əslində təklif edilmiş dəyişilikləri ölkəmizdə sosial sahədə eləcə də, pensiya sahəsində həyata keçirilən islahatların məntiqi davamıdır. Bu dəyişiklikləri nəzərə alaraq vahid indeksasiya metoduna keçid əvvəlki metoddan fərqli olaraq qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərin pensiyası daha çox artacaq və bu da  onların sosial rifahında özünü göstərəcəkdir.

Vurğulamaq istərdim ki, pensiya artımlarında vahid indeksasiya metoduna keçilməsi dünyada qəbul edilmiş mexanizmdir. İnşallah bunadan sonra hər il bütün növ əmək pensiyaları vahid qaydada indeksləşdiriləcəkdir. Qanuna əlavə edilmiş dəyişiklər   pensiyaların hesablanması və indeksəşdirilməsi prosesinin elektron qaydada həyata keçirilməsi həm müvafiq qurumların və vətəndaşın işini daha da sadələşdirəcəkdir.”