Əməkdar jurnalist Elnarə Dərziyeva yeni mərkəz yaratdıbackend

Bu gündən Media Tədris Mərkəzi fəaliyyətə başlayır.

“Yeni Gündəm” xəbər verir ki , sözü gedən mərkəz medianın müxtəlif sahələri üzrə kadrlar yetişdirməyə xidmət edəcək.

Jurnalistikaya sevgisi, həvəsi olanlar peşəkarlığı media klanlarından, məşhur simalardan öyrənmək imkanı əldə edəcəklər .Əməkdar jurnalist Elnarə Dərziyeva açıqlamasında bildirib : “Nəzəri biliklərdən çox təcrübəyə üstünlük veriləcək. Qısa müddət ərzində media mənsubu olmaq istəyən hər kəs Tədris Mərkəzinə müraciət edə bilər. Sonda xüsusi fərqlənən tələbələrin işlə təmin olunmasında köməklik göstəriləcək.
Təhsil müddəti 4-6 aydır. Kursu müvəffəqiyyətlə başa vuranlara sertifikat təqdim olunur”
Qeyd edək ki , E.Dərziyeva 1998-ci ildən mətbuatda çalışır. 2016-cı ildə isə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.