Əməkdar müəllim vəfat etdibackend

Sumqayıt şəhər “İstedad” liseyinin coğrafiya müəllimi Sabir Bağırov dünən səhər saatlarında dünyasını dəyişib.

“Yeni Gundem” xəbər verir ki, 63 yaşlı mərhum müəllimin ürəktutmasından öldüyü bildirilir.

Qeyd edək ki, Sabir Bağırov “Əməkdar müəllim” adına da layiq görülmüşdü.