Emin Ağalarov şirkətini satdıbackend

Xalq artisti Emin Ağalarovla müğənni Bəxtiyar Əliyev (Bahh Tee) təsis etdikləri “Zhara Music” leyblını satıb.

“Yeni Gündəm” xəbər verir ki, şirkəti “Warner Music Group” satın alıb. Bu barədə E.Ağalarov sosial şəbəkə hesabında məlumat verib.

“People Talk” teleqram kanalına görə, “Zhara Music” 25 milyon dollara satılıb.

Xatırladaq ki, “Zhara Music” 2018-ci ildə yaradılıb. Etiketdə Emin Ağalarov, HammAli və Navai, Rauf və Faik, Jony və bir çox populyar sənətçilər yer alıb.