Bu gün Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayev Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdelouahab Osman ilə görüş keçirib.
Bu barədə “Yeni Gundem”-ə məlumat Nazirlikdən daxil olub.
Görüş zamanı səfir İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikası Hökuməti tərəfindən təsis olunan təhsil qrantı çərçivəsində 3 nəfər Əlcəzair vətəndaşına Azərbaycan Respublikasında təhsil almaq imkanı yaradıldığına görə təşəkkürünü bildirib.
Daha sonra Azərbaycan ilə Əlcəzair arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olundu.
Fərahim Rəhimov