Emin Əmurullayev Sumqayıtda vətəndaşları qəbul edəcəkbackend

Elm və təhsil naziri Emin Əmurullayev yanvarın 27-də Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.

“Yeni Gundem” xəbər verir ki,məlumatı nazir verib.

“Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 2023-cü il yanvarın 27-də Sumqayıt şəhərində vətəndaşların qəbulu həyata keçiriləcək. Qəbul Abşeron, Xızı, Qubadlı, Zəngilan, Laçın rayonları və Sumqayıt şəhərində qeydiyyatda olanlar üçün nəzərdə tutulub. Görüşdə iştirak etmək istəyən şəxslər 19 yanvar 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin 146-6 nömrəli ÇağrıMərkəzinə zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının “Əlaqə” bölməsi vasitəsilə (https://edu.gov.az/az/contact) elektron formada və ya “WhatsApp” xidmətinə (+994 51 206 78 48) müraciət etməklə qeydiyyatdan keçmək mümkündür.”-deyə nazir vurğulayıb.

Fərahim RƏHİMOV