Emin ən gözəl qızları seçəcəkbackend

Xalq Artisti Emin Ağalarov model agentliyi açmaq istədiyini açıqlayıb.

“Yeni Gündəm” xəbər verir ki, bu haqda müğənni rus mediasına müsahibəsində deyib. Bu il yaradıcılığının 15-ci ilini qeyd edəcək ifaçı yeniliklərindən bəhs edib:

“Həmişə olduğu kimi o qədər çox layihə var ki, heç nəyə vaxt çatmır. İndiki vaxtda ən vacib layihəm “Jara” festivalının keçirildiyi Xəzər sahilindəki Sea Breeze kəndidir.

Bundan başqa “Jara” markası altında bir model agentliyi açmağı, eyni zamanda “Miss Jara” yarışmasını keçirməyi planlaşdırıram. Amilləri çox yaxında paylaşacağıq”.