“Əmir Abdullahiyanın əlləri qana bulaşıb”backend

“Yeni Gundem”in əldə etdiyi məlumata görə, ABŞ-ın keçmiş dövlət katibi İran XİN başçısının Nyu-Yorka səfərini tənqid edib.

Mayk Pompeo “X” hesabında Hüseyn Əmir Abdullahiyanın Nyu Yorka səfərinə münasibət bildirərkən, Tramp hökumətinin İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifə viza verməkdən imtina etməsinə toxunaraq yazıb:

“Əmir Abdullahiyanın əlləri qana bulaşıb və o, ölkəmizdə dəbdəbəli şəraitdə qarşılandığı bir vaxtda, onun təmsil etdiyi rejim amerikalıları girov götürüb”.

Mənbə: Azad İran

Aynur Camal