Əmisinin və bibisinin evindən çaydan oğurladıbackend

Bakıda silsilə oğurluq törətməkdə şübhəli bilinən 19 yaşlı oğlan saxlanılıb. 

“Yeni Gündəm”in verdiyi xəbərə görə, martın 15-də Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşayan E.Məmmədov polisə müraciət edərək 35 manat dəyərində çay servisinin oğurlandığını bildirib.

Suraxanı RPİ tərəfindən keçirilən əməliyyat zamanı oğurluğu törətməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü İ. Məmmədov saxlanılıb. Onun E. Məmmədovun qardaşı oğlu olduğu məlum olub. Araşdırma zamanı, İ. Məmmədovun bibisinin evindən də çaydan oğurladığı müəyyən olunub.

İ. Məmmədov, həmçinin, martın 14-də rayon ərazisindəki evlərin birindən 7 500 manat, 10 200 ABŞ dolları və 7 500 manat dəyərində qızıl-zinət əşyaları, habelə evin həyətindəki “Şkoda” markalı avtomobili oğurlamaqda şübhəli bilinən 3 nəfərdən biri olub.

Faktla bağlı araşdırma aparılır.