Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Quba və Qusarda vətəndaşları qəbul edəcəkbackend

Prezident İlham Əliyevin tapşırığına əsasən, vətəndaşların təklif, irad və müraciətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) rəhbərliyi dekabrın 11-i və 14-də vətəndaş qəbulu keçirəcək.

Komitədən “Yeni Gundem”-e bildirilib ki, ƏMDK-nın sədr müavini Rüstəm Şahbazov dekabrın 11-də Quba şəhərində, sədr müavini Rafiq Cəlilov isə dekabrın 14-də Qusar rayonunda vətəndaş qəbulu keçirəcək. Müvafiq olaraq qəbullar saat 10:00-da Heydər Əliyev Mərkəzlərində baş tutacaq. Sədr müavinləri həmin rayonların sakinlərini fərdi qaydada qəbul edəcəklər.
Qəbul zamanı komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaq. Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar onlayn olaraq komitənin “[email protected]” elektron ünvanına yaza və ya aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərlər: Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105); Əlaqədar şəxs: Samir Salıfov 050 800-50-65; Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz ərazi şöbəsi: (02333) 5-31-62, (02338) 5-24-87; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi: (02333) 5-26-14, (02338) 5-37-45.