Empati Kids Körpələr Evi-Uşaq Bağçası – VİDEObackend

“Empati ” Bakıda fəaliyyət göstərən təhsil şəbəkəsidir. “Empati ” şəbəkəsindəki “Empati Kids Körpələr Evi-Uşaq Bağçası “2018-ci il 8 dekabr tarixində Bakı şəhəri,Xətai rayonu, M.Hadi 64 ünvanında yerləşən,1 500kvadrat metr sahəsi olan bağça öz qapılarını məktəbəqədər təhsil səviyyəsində olan uşaqların üzünə açmaqla fəaliyyətə başlamışdır.

Hal-hazırda “Empati” şəbəkəsinə daxil olan təhsil mərkəzləri də Bakı şəhərinin müxtəlif rayonlarında fəaliyyət göstərir.

“Empati Kids Körpələr Evi Uşaq Bağçası” yaş həddi 0- 6-yaşa qədər olan uşaqlara hərtərəfli xidmət göstərir. Bağçamızda:- Azərbaycan dili; Rus dili; Bədii təfəkkürün inkişafı; Məktəbəqədər hazırlıq; Ətraf aləmlə tanışlıq və nitq inkişafı, Musiqi məşğələsi ; Təsviri fəaliyyət( Rəsm, Yapma, Quraşdırma,Kəsib yapışdırma); Fiziki mədəniyyət, Psixoloq xidməti; Loqoped xidməti ; Şahmat; Ebru sənəti ; Vitraj; Qum sənəti; Dulusçuluq və s. kimi günün əsas məşğələlələri tədris olunur.Bağçamız təhsilə xüsusi önəm verir və Dövlət Standartları əsasında tədris planı təşkil edərək, mükəmməl təhsil sisteminın tətbiqi ilə seçilir.

“Empati Kİds Körpələr Evi-Uşaq Bağçası” daim yenilənən Bakımızı yüksək keyfiyyətli təhsillə təmin etmək uğrunda fəaliyyət göstərir.

Təhsilə yanaşma:

Məktəbəqədər müəssisə dinamik bir icma olduğu üçün, tərbiyəçi-müəllimlərin və uşaqların hər biri həmin icmanın üzvləridir.Öyrənmə vahid komanda daxilində müştərək işin nəticəsidir.
Məktəbəqədər müəssisəmizdə hamının görməli olduğu işlər mövcuddur və hər kəs öz işinə görə məsuliyyət daşıyir. Kollektiv bir-birinin fəaliyyətini daim yoxlayır və kollektivin hər bir üzvünə fərdi şəkildə nail olması çətin olan zirvələrə çatmaq üçün imkan yaradılır.

Təhsil sistemi:

“Empati Kids Körpələr Evi-Uşaq bağçası” uşaqları yüksək səviyyəli təhsillə təmin edir,onların yaradıcılıq qabiliyyətlərni ən təqdirəlayiq şəkildə nümayiş etdirir. Uşaqlara yüksək etik,əxlaqi və sivil dəyərləri aşılamaqla yanaşı, öyrənmə üsullarını, ünsiyyət bacarıqlarını və şəxsiyyətlərini inkişaf etdiririk.

Qruplarda təlim:

Tərbiyəçi-müəllimlərin uşaqlara nəyin öyrənilməli olduğunu dəqiq bilmələri üçün bağçamızda uşaqlara keçilən bütün məşğələlər aydın şəkildə strukturlaşdırılmışdır. Məşğələlərimizdə şifahi, fərdi,qrup və kollektiv işlər tez-te bir-birini əvəz edir.
Uşaqların bilik və bacarıq səviyyələri mütamadi şəkildə izlənilir və məşğələlərdən sonra onların əyləncə və istirahətlərinə vaxt ayrılır.

Məqsədimiz:

Dövlət Standartları əsasında bilik,bacarıq və vərdişlərini səviyyəsini inkişaf etdirmək.
-Yüksək sosial və əxlaqi dəyərləri təşviq etmək.
-Uşaqları şəxsiyyət kimi formalaşdırmaq.