Əmr Musa: “Ümid edirik ki, sülh region ölkələrinin gündəliyində bir nömrəli məsələ olacaq”backend

Biz bu regiondakı dəyişiklikləri yaxından izləyirik. Ümid edirik ki, sülh region ölkələrinin gündəliyində bir nömrəli məsələ olacaq.

“Yeni Gündəm” xəbər verir ki, bu fikirləri VIII Qlobal Bakı Forumunda iştirak edən Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa jurnalistlərə açıqlamasında deyib.

O, Cənubi Qafqaz regionunda sülhün bərqərar olacağına inandıqlarını qeyd edib. Sabiq Baş katib Azərbaycan Prezidenti İlham Əliyevin sülhlə bağlı fikirlərini diqqətlə dinlədiklərini də bildirib.