Əmrah Bakıya görə 12 illik ənənəsini pozmadıbackend

Türkiyənin məşhur müğənnisi Əmrah Yeni il gecəsi Azərbaycanda çıxış etmək istəməyib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Məlumata görə, sənətçi bu il də 12 illik ənənəsinə sadiq qalaraq 2020-ci ili ailə üzvləri ilə birgə qarşılamaq qərarına gəlib.

O, buna görə də Yeni il gecəsi Bakıda səhnəyə çıxmaqdan imtina edib. Əmrah xanımı Sibel Erdoğan və övladları ilə Bodrumda olacağını bildirib.