Ən şərəfli ölüm…backend

Şəhidlik ən ali, ən uca zirvə, ən şərəfliölüm.. Təbiidir ki, bir ölkədə müharibə, terroraktları baş verirsə, öz qanı, canıyla vətəniqoruyan igidlər olmalıdır. Dünyada ən şirin şey ömürdür deyirlər, bu igidlər Yaradanınonlara pay verdiyi ömürdən keçirlər vətənuğrunda, torpaq uğrunda. Kimisi üçün bu torpaq adi bir şey, belə şəxslər üçün isəvətəndir, namusdur. Məhəmməd peyğəmbər(s.ə.s) şəhidlər haqqında: “Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heçbir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünkişəhidlər şəhid olmanın necə üstün mərtəbəolduğunu bildikləri üçün yenidən şəhid olmaqüçün can atarlar”demişdir. Ölkəmizin qədimdövrdən bu günə qədər çəkdiyi əzablarınqisasını öz qanlarıyla alan oğullar hər bir azərbaycanlı üçün fəxr, qürur yeri olmalıdır. Son dövrlərdə ölkəmizin başına gətirilənmüsibətlər yenə neçə gəncin, igidin həyatınason qoydu, onları ən yüksək zirvəyə yüksəltdi.19 sentyabr 2023-cü ildə, səhər saatlarındaQarabağda Azərbaycan silahlı qüvvələri erməni silahlı birləşmələri arasında silahı toqquşma başladı. Münaqişə Azərbaycansilahlı qüvvələrinin Rusiya SülhməramlıKontingentinin 10 noyabr 2020-ci il tarixlibəyanatına əsasən yerləşdirildiyi ərazilərdəbaşladı. Azərbaycanın Müdafiə NazirliyininAnti-terror əməliyyatı adı verdiyi silahlı toqquşmadan bir neçə saat əvvəl Xocavəndrayonu ərazisində mina partlayışları oldu nəticədə Daxili İşlər Nazirliyinin polisləri daxil olmaqla 9 nəfər həyatınıitirdi.Azərbaycan Baş Prokurorluğu həmingün, yəni sentyabrın 9-da Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Şuşaşəhərinin iri çaplı silahlardan, o cümlədənminaatanlardan atəşə tutululması nəticəsindəŞuşa Şəhər Dövlət Qoruğu İdarəsinin Mənzil-Kommunal Təmir Xidmətinin mühəndisi, 1967-ci il təvəllüdlü Fərhadov Vidadi Aydın oğlu aldığı qəlpə yarası xəsarətindən həyatınıitirdiyini bildirdi. Həmin gün Baş Prokurorluqhəm Ağdam rayonunun iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaqtörədilən terror hücumu nəticəsində ərazidəbərpa quruculuq işləri aparan ekskovatoroperatoru 1992-ci il təvəllüdlü HəsənovMehman Fikrət oğlunun yaralandığını qeydelədi. Şəhid xəbərləri ilə yanaşı bir xəbər son vaxtlar gündəmdə idi. Antiterrorəməliyyatı zamanı şəhid xəbəri yayılan XTQ-nin 28 yaşlı zabiti,  baş leytenant AğayevRəsul Avtandil oğlu 3 günlük axtarışlardansonra ayağından yaralı halda bataqlıq ərazidəntapılıb. Döyüş yoldaşları ayağından yaralanmış Rəsula ilk yardım edərək hücumu davam etdirib geri qayıdan zaman onu qoyduqlarıyerdə tapmayıblar… Yaralı Rəsul sürünərəkyerini dəyişibmiş.

Qeyd edim ki, Salyan rayonunun Babazanlımassivindən olan Rəsul Ağayev ailəlidir, iki övladı var.

   Sentyabrın 20-də hərbi əməliyyatlarındayandırılması barədə razılıq əldə olunsa da sentyabrın 21-də Dağlıq Qarabağda atəşdavam elədi. Dağlıq Qarabağın İnformasiyaQərargahı sentyabrın 21-də səhər saat 12:00 radələrində Xankəndi şəhərinin atəşətutulduğunu bildirdi.Həmin gün DQR-in insan hüquqları üzrə ombudsmanı Artaq BeqralyanAzərbaycan Ordusunun Kəlbəcər rayonununHəsənriz (Aterq) yaşayış məntəqəsini (əvvəlAğdərə rayonu) atəşə tutması nəticəsində bir dinc insanın öldüyünü bildirdi.

Rzayeva Tünzalə Ülfət qızı. Bakı Qızlar Universiteti