Ən xeyilri içiklərin siyahısıbackend

Gündə zəruri olan 1,5-2 litr sudan başqa, yaddan çıxarmaq lazım deyil ki, bizim bədənimizi vitaminlərlə və xeyirli maddələrlə təmin edən digər içkilər var.

Olğun insanın bədəni ən azı 70% sudan ibarətdir. Su bizim hüceyrələri yeniləşdirir, onları oksigenlə zənginləşdirir və piylənmənin qarşısını alır. Lakin bununla birgə bizə müsbət təsir edən başqa içiklər də var.

Sizə onların siyahısını təqdim edirik:

1.Nanəli çay – yorğunluğu aradan qaldırır, gümrahlaşdırır, həzm prosesini normallaşdırır və yuxunu yaxşılaşdırır.

2. Yaşıl çayda antioksidan və flavonidlər var. O, ürək-damar sistemini və sümükləri gücləndirir, xərçəng xəstəliyindən qoruyur.

3.Soya südü amin turşuları ilə zəngindir, pis xolesterini aşağı salır, ürək-damar sistemini qoruyur.

4.Yağsız süd zülal, D vitamini və kalsiumla zəngindir.

5.Pomidor soku xərçəng xəstəlikləri ilə mübarizə aparan likopenlə zəngindir.

6. Portağal şirəsi – C vitamini mənbəsidir. Bu içki immun sistemini gücləndirir və əhvalı yaxşılaşdırır.

7. Quşüzümü şirəsində isə antibiotik xüsusiyyətlərinə malik benzoy turşusu mövcuddur.

8.İsti şokolad və kako – əhvalı yüksəldir, çünki içində xoşbəxtlik hormonu olan serotonin var Bundan əlavə, bu içkilər baş ağrısından xilas edir.

9.Vitqrass və ya buğda cücərtilərindən şirə – əla mineral mənbəsidir. Bu içkidə qocalmaqla mübarizə aparan antioksidantlar var.