Energetika nazirinin növbəti vətəndaş qəbulu Qubada keçiriləcəkbackend

İyulun 22-də energetika naziri Pərviz Şahbazov Quba şəhərində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən “Yeni Gündəm”-ə verilən məlumata görə, qəbul saat 11:00-dan etibarən Quba rayon Heydər Əliyev Mərkəzində (Ünvan: AZ4000, Quba şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı) keçiriləcək.

Vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi,  598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1147) telefon nömrəsi (əlaqələndirici şəxs Azər Rzayev), [email protected] elektron poçt ünvanı, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Xaçmaz filialı (əlaqələndirici şəxs  Famil Əliyev; əlaqə telefonları: (+99423) 325-12-38, (050) 235-17-57, elektron poçt  ünvanı: [email protected] vasitəsilə müraciət edə bilərlər. Vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi və Nazirliyin facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.