Energetika Nazirliyində “WindEurope” Assosiasiyasının icraçı direktoru ilə görüş olubbackend

Energetika naziri Pərviz ŞahbazovWindEuropeAssosiasiyasının icraçı direktoru Gils Diksonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Yeni Gundem” xəbər verir ki, görüşdə Assosasiya ilə külək enerjisi sahəsində, o cümlədən Xəzər dənizində hasil ediləcək elektrikenerjisinin Yaşıl Enerji Dəhlizi vasitəsilə Avropaya ötürülməsi sahəsində əməkdaşlığın perspektivlərimüzakirə olunub. Assosasiyaya üzv Avropa şirkətlərinin ölkəmizdə həyata keçiriləcək layihələrə developer və ya investor qismində cəlbi, həmçinin külək enerjisi qurğularının Azərbaycanda istehsalı imkanları nəzərdənkeçirilib.

Nazir qonağa Azərbaycanın enerji sektorunda həyata keçirilən islahatlar və layihələr, dekarbonizasiya hədəfləri, eləcə də ölkənin enerji balansında bərpa olunan enerji mənbələrinin payının artırılması ixrac istiqamətindəbeynəlxalq əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycanda Xəzər dənizi və sahilyanı ərazilərdə zəngin potensiala malik külək enerjisindən istifadənin inkişafına yüksək əhəmiyyət verilir bu sahəyə bir çox qabaqcıl enerji şirkətlərinin böyük marağı var.

Gils Dikson Assosiasiyanın fəaliyyəti haqqında məlumat verib. Avropada elektrik enerjisinə artan təbat fonunda Yaşıl Enerji Dəhlizinin reallaşdırılmasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, WindEurope külək enerjisi potensialından istifadənin inkişafı sahəsində Avropa şirkətləri ilə əlaqələrin genişləndirilməsiistiqamətində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.