“Equinor” şirkətinin prezidenti Azərbaycan Prezidentini təbrik edibbackend

Norveçin “Equinor” şirkətinin prezidenti və Baş icraçı direktoru Anders Opedal Azərbaycan Prezidenti İlham Əliyevi 60 illik yubileyi münasibəti ilə təbrik edib.

“Yeni Gündəm”-in məlumatına görə, təbrikdə deyilir:

“Sizi “Equinor” şirkəti adından 60 illik yubileyiniz münasibətilə təbrik edir, Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycana tərəqqi və firavanlıq arzulayıram.

“Equinor” şirkəti Azərbaycan ilə enerji sektorunda əməkdaşlıqdan qürur duyur. Azərbaycan bizim önəmli beynəlxalq tərəfdaşımızdır. Biz qarşıdakı illərdə əməkdaşlığımızı davam etdirməyə ümidvarıq.

Cənab Prezident, fürsətdən istifadə edərək, Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edir, Sizə, ailənizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram”.