Ərdoğan Azərbaycanla bağlı MÜQAVİLƏNİ TƏSDİQLƏDİ – Bundan sonra..backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycan hökumətləri arasında imzalanan vizaların ləğvinə dəyişikliyi nəzərdə tutan sənədi təsdiq edib.

“Yeni Gündəm” xəbər verir ki, sənəd “Rəsmi Gazete”də dərc olunub.

Belə ki, bu sənədin təsdiqi Azərbaycan-Türkiyə arasında viza rejiminin aradan qaldırılması ilə yanaşı, gediş-gəlişin daha rahat formada həyata keçirilməsini təmin edəcək.

Bu, iki ölkə arasında səyahətlərin beynəlxalq pasport olmadan, şəxsiyyət vəsiqəsi ilə həyata keçirlməsi imkanı anlamına gəlir.

Qeyd edək ki, sənəd ötən ilin dekabrın 10-da Bakıda imzalanıb. Sənədi Azərbaycan hökuməti adından XİN rəhbəri Ceyhun Bayramov, Türkiyə hökuməti adından bu ölkənin xarici siyasət idarəsinin rəhbəri Mövlud Çavuşoğlu imzalayıb.