Ərdoğan Azərbaycanla Türkiyə arasında imzalanan sənədi təsdiqlədibackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə arasında imzalanmış rəqəmsal ticarət haqqında Anlaşma Memorandumunu təsdiqləyib.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Türkiyənin “Resmi Gazete”sində məlumat verilib.

Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında rəqəmsal ticarət haqqında Anlaşma Memorandumu aprelin 2-də Bakıda imzalanıb.