Ərdoğan bu məsələlərə görə nazirləri TOPLAYIRbackend

Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə Nazirlər Kabinetinin növbəti iclası keçiriləcək.

“Yeni Gündəm” Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2021-ci ilin ilk toplantısı yerli vaxtla15:00-da baş tutacaq.

Məlumata görə, COVID-19-la mübarizə çərçivəsində görülən işlər, peyvəndləmə təqvimi, yerli peyvəndin hazırlanması ilə bağlı aparılan çalışmalar və digər məsələlər toplantının müzakirə mövzusu olacaq.