Ərdoğan: “Gələn il TEKNOFEST-i Can Azərbaycanda təşkil edəcəyik” – FOTObackend
“Bu il dördüncü dəfə keçirilən TEKNOFEST ölkəmizə və gələcəyimizin qarantı olan gənclərimizə xeyirli-uğurlu olsun”.
“Yeni Gündəm” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan “Twitter” səhifəsi üzərində yazıb.
Prezident Ərdoğan eyni zamanda qeyd edib ki, gələn ildən başlayaraq TEKNOFEST beynəlxalq markaya çevriləcək:
“İnşallah gələn ildən etibarən TEKNOFEST-i beynəlxalq markaya çevirəcək, Can Azərbaycandan başlayaraq dost və müttəfiq ölkələrdə təşkil edəcəyik”.