Ərdoğan: “İslam düşmənçiliyi virusu, xüsusilə Avropa ölkələrində sürətlə yayılır”backend
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT tərəfində təşkil olunan Qurani Kərim Qiraəti yarışmasının final mərhələsində çıxış edib.
“Anadolu” agentliyinin məlumatına görə, dövlət başçısı bildirib ki, hazırda bütün dünyada İslam düşmənçiliyi virusu sürətlə yayılır.
“Koronavirus qədər təhlükəli olan İslam düşmənçiliyi virusu, xüsusilə Avropa ölkələrində sürətlə yayılır. 6 milyonu türk olmaqla, 35 milyon müsəlmanın yaşadığı Avropa, tədricən qardaşlarımız üçün açıq havada həbsxanaya çevrilir” , – deyə o, bildirib.
Bununla yanaşı, Ərdoğan illərdir dilə gətirdiyi “Dünya 5-dən böyükdür” ifadəsinin həqiqiliyənə birlikdə şahid olduqlarını da qeyd edib.