Ərdoğan Kabildə baş vermiş terror aktından danışdıbackend

“Dünən Kabildə baş vermiş terror aktlarını pisləyirik. Əfqanıstan xalqına başsağlığı veririk”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfərindən öncə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, Türkiyə vətəndaşlarının və hərbçilərinin Əfqanıstandan təxliyəsi davam edir, aidiyyəti qurumlar sıx şəkildə təxliyə çalışmalarını davam etdirir.

“Ən qısa zamanda təxliyəni başa çatdıracağıq”, – deyə Türkiyə dövlət başçısı qeyd edib.