Ərdoğan Kılıçdaroğlunun müzakirə olunan davranışından danışdıbackend

Xəbər verdiyimiz kimi, Türkiyənin müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ölkə parlamentində çıxışı zamanı əl hərəkətlərinə görə kəskin tənqid olunub.

“Yeni Gündəm” xəbər verir ki, Qətərdən rəsmi səfərdən qayıdan Prezident Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında Kılıçdaroğlunun sözügedən hərəkətlərinə münasibət bildirib.

“Bu millət bu cür əxlaqsızlara belə bir yolu “get” deməz. Ona başqa cür “get” deyər. O nə qədər belə edirsə etsin, biz ona eyni dillə cavab vermərik. Çünki biz iqtidar olaraq, onun kimi ədəbsiz, əxlaqsız xarakterə sahib deyilik”, – deyə Ərdoğan söyləyib.