“Ərdoğan kişi adamdır, quyruq bulamır” – Putinbackend

Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən illik mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan barədə fikirlərini bölüşüb.

“Yeni Gündəm” xəbər verir ki, Putin Türkiyə Prezidentinin sözünün üstündə duran və ölkəsinin maraqlarını sona qədər qoruyan bir şəxs kimi qiymətləndirib.

“Hərdən fikir ayrılıqlarımız olur. Ancaq o, sözünün üstündə duran bir insandır, kişi adamdır, quyruq bulamır.Və əgər düşünürsə ki, nə isə ölkəsinin maraqlarının xeyrinədir, bu məsələdə sona qədər gedir”.