Ərdoğan məşhur aparıcını prokurorluğa şikayət etdibackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan FOX televiziyasının aparıcısı Fatih Portakalı İstanbul Baş Prokurorluğuna şikayət edib.

“Yeni Gündəm” xəbər verir ki, prezident aparıcını sosial mediada yalan informasiya ötürmək və xalqı manipulyasiya etməkdə ittiham edir.

Prezidentin vəkili Ahmet Özel məsələ ilə bağlı yazılı açıqlamasında Ərdoğanın milli həmrəyliyin əhəmiyyətini vurğuladığını, könüllülük prinsipi əsasında kampaniyaya göstərilən hörmətdən bəhs etdiyini, görülən bütün tədbirlərin xalqa açıqlandığını və tarixi nümunə olan Təkalifi Milliyə qanunundan bəhs etdiyini bildirib.