Ərdoğan Nobelə namizəd oldubackend

Türkiyə parlamentinin sədri Mustafa Şentop prezident Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb

Yeni Gundem”-in məlumatına görə, “Star” qəzeti xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Ukraynadakı münaqişənin həllində göstərdiyi səylərə görə prezident Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb.
“Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün göstərdiyi səylərə görə prezident Ərdoğanı Nobel Sülh Mükafatına təqdim etdim.

Digər ölkələrdən də müraciətlər təqdim olunacaq”, – deyə Şentop bildirib.

Ayşən