“Ərdoğan Putin və Zelenskinin görüşünü İstanbulda təşkil etmək istəyir”backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenskinin apreldə İstanbulda görüşünü təşkil etmək istəyir.

“Yeni Gundem” rus mediasına istinadən xəbər verir ki,bu sözləri Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Altınbaş Universitetinin rektoru ( İstanbul) Çağrı deyib.

“Türkiyənin indi yeganə missiyası prezidentlər Putin və Zelenskinin xarici müdaxilə olmadan heç olmasa bir dəfə görüşməsi və birbaşa danışması üçün şərait yaratmaqdır”.

O qeyd edib ki, yalnız bu formatda münaqişə tərəfləri sülh yolu ilə nizamlanma üçün kompromis həll yoluna gələ biləcəklər.

Fərahim Rəhimov