Ərdoğan Putinlə telefon danışığı apardıbackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Ərdoğan telefon danışığı zamanı Türkiyədə təbii qaz mərkəzinin yaradılması üçün infrastrukturu gücləndirdiklərini, yol xəritəsini ən qısa zamanda tamamlamağı və onun həyata keçirilməsi üçün konkret addımlar atmağı hədəflədiklərini bildirib.

Ərdoğan həmçinin bildirib ki, PKK/PYD/YPG-nin Türkiyənin sərhəd bölgələrindən, xüsusilə Tel Rıfat və Menbiçdən təmizlənməsi üçün artıq konkret addımların atılması vacibdir.