Ərdoğan Qarabağın işğaldan azad olunması barədə- Yeni dövrün qapıları açıldıbackend

Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında yaşananlar mərhum Heydər Əliyevin söylədiyi “Bir millət, iki dövlət” ifadəsinin nə qədər doğru olduğunu bir daha təsdiq etdi. Qarabağın işğaldan azad olunması ilə Qafqazda yeni dövrün qapıları açıldı.

“Yeni Gündəm” xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra xalqa müraciətində söyləyib.

Türkiyənin indiyə qədər olduğu kimi, bundan sonra da Can Azərbaycanın yanında olmaqda davam edəcəyini vurğulayan dövlət başçısı deyib ki, Bakı küçələrində Türkiyə və Azərbaycan bayraqlarını dalğalandıran qardaşlarımızın ruh yüksəkliyini birlikdə yaşadıq. Xüsusilə bölgə ölkələri bu zəfərdən məmnun olmalıdırlar. Prezident Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlığın daha da dərinləşəcəyinə inandığını bildirib.