Ərdoğan Rusiyaya getdibackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə yola düşüb.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Prezident Ərdoğanla birlikdə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun və Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da Soçiyə yola düşüblər.