Ərdoğan sabah Bakıya gəlirbackend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Bakıya səfər edəcək.

“Yeni Gundem”in “TRT Haber”ə istinadən məlumatına görə, o, Azərbaycanın paytaxtında keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII sammitində iştirak edəcək.

Sammit çərçivəsində Ərdoğanın ikitərəfli görüşlər keçirəcəyi gözlənilir. O, oktyabrın 15-də Türkiyəyə dönəcək.