Ərdoğan: “Tarixi qərarlara imza atacağıq”backend

Bugünkü sammitdə tarixi qərarlara imza atacağıq.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Türk Şurası dövlət başçılarının VIII Zirvə Görüşündə çıxışı zamanı bildirib.

Türkiyə Prezidenti deyib ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun Zirvə Görüşündə müşahidəçi qismində iştirak etməsi təqdirəlayiqdir: “Müşahidəçi üzvümüz Macarıstanla ortaq mübarizəmiz də bir uğur nümunəsidir. Eyni zamanda bu gün “Türk Dünyası 2040” sənədini qəbul edəcəyik”.

Ərdoğan qeyd edib ki, sərmayələri və ticarət dövriyyəsini artırmalı, tariflərlə bağlı problemlər aradan qaldırılmalıdır. Beynəlxalq kombinə edilmiş yük daşımaları sazişini dərhal imzalamalıyıq. Azərbaycan-Naxçıvan bağlantısı bu baxımdan mühüm əhəmiyyət kəsb edir”.