Ərdoğan Türkmənistana gedirbackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki günlük səfər üçün sabah Türkmənistana gedəcək.

“Yeni Gündəm” xəbər verir ki, Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə toplantısında iştirak edəcək.

Bundan başqa, səfər zamanı iki ölkə arasındakı münasibətlər bütün aspektlərdə müzakirə olunacaq və birgə sazişlər imzalanacaq.

Ərdoğan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovdan başqa görüş çərçivəsində digər liderlərlə də ikitərəfli danışıqlar aparacaq.