Ərdoğan Ukraynaya gedirbackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edir.

“Yeni Gündəm” xəbər verir ki, R.T.Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quttereş və həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək.

Liderlərin Ukraynadakı durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir.