Ərdoğandan İran sərhədi ilə bağlı açıqlamabackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstan Baş naziri Kriakos Mitsotakis arasında telefon danışığı olub.

“Yeni Gündəm” xəbər verir ki, görüşdə regional mövzular, xüsusilə Əfqanıstandakı son hadisələr, miqrant mövzusu və ikitərəfli əlaqələr müzakirə edilib.

Əfqanıstanın bir daha kritik bir dövr yaşadığını ifadə edən Ərdoğan ölkəyə problemsiz bir keçid arzuladıqlarını qeyd edib.

Türkiyə lideri Əfqanıstanda bir keçid dövrü qurulmayacağı təqdirdə, artıq yüksək səviyyələrə çatan miqrasiya təzyiqinin daha da artacağına və bu vəziyyətin hər kəs üçün ciddi bir problem yaradacağına diqqət çəkib.

Avropa İttifaqının Əfqanıstanda və qonşu ölkələrdə, xüsusən İranda əfqan xalqına kömək etməli olduğunu ifadə edən Ərdoğan lazımi tədbirlər görülməzsə, yeni bir köç dalğasının qaçılmaz olduğunu və İranla təmasda olduqlarını söyləyib.

O, İranla sərhəddə əlavə tədbirlər gördüklərini sözlərinə əlavə edib.