Ərdoğandan İsraillə münasibətlər barədə AÇIQLAMAbackend

“Xarici işlər nazirimiz, kəşfiyyat Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərimizdə fəal rol oynayacaqlar. Niyə belə bir proses İsraillə bağlı da olmasın?”

“Yeni Gündəm” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail-Türkiyə münasibətləri barədə danışarkən deyib.

Türkiyə Prezidenti keçmişdə İsrail ilə danışıqlarının olduğunu bildirib: “Bu məqamda İsrailin bölgədə Fələstin siyasəti üzərində daha həssas davranması lazımdır. İsrail Qüds və Məscidül-Əqsa mövzusunda həssas olmalıdır. Buradakı həssaslıqları görsək, biz də əlimizdən gələni edər, addımlarımızı atarıq”.