Ərdoğanla Baydenin görüşü başa çatdı – YENİLƏNDİbackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında görüş başa çatıb.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə CNN telekanalı məlumat yayıb.

Görüşdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Antoni Blinken iştirak edib.

Qeyd edək ki, 1 saat davam edən görüş Romada G-20 liderlərinin zirvəsi çərçivəsində keçirilib.

***

13:50

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında görüş başlayıb.

“Yeni Gündəm” xəbər verir ki, “Böyük İyirmilik” (G20) ölkələri liderlərinin Roma sammiti çərçivəsində görüşən liderlər kameralar qarşısında qısa salamlaşdıqdan sonra görüş otağına yollanıblar.

Mətbuata qapalı keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edir.

Ərdoğan daha əvvəl bildirmişdi ki, Cozef Baydenlə qarşıdakı danışıqların əsas mövzusu Türkiyənin beşinci nəsil F-35 təyyarələrinin hazırlanması proqramında iştirakı məsələsi olacaq.

Türkiyə və ABŞ liderləri sonuncu dəfə iyun ayında Brüsseldə NATO sammiti çərçivəsində görüşüblər.