Ərdoğanla Makronun görüşü başa çatdı – YENİLƏNDİbackend

Ərdoğanla Makronun görüşü bir az öncə başa çatıb. İki liderin NATO Sammiti çərçivəsində NATO-nun Baş Qərargahındakı görüşü mətbuata qapalı və təxminən 52 dəqiqə davam edib.

Görüşdən sonra açıqlamalar verən Makron, “Ortaq strategiyaların aydınlaşdırılmasını vurğuladım. Ərdoğana NATO müttəfiqlərinin ortaq strategiyalarını izah etmələrinin lazım olduğunu təkrar etdim”,- deyə bildirib.

NATO Sammitinin əsas mövzuları arasında İttifaqın yaxın 10 il üçün yol xəritəsinə dair qərarlar, NATO-nun strateji konsepsiyası, Rusiya, Çinin yüksəlişi, iqlim dəyişikliyinin təhlükəsizliyə təsiri, kiber təhdidlər və Əfqanıstandakı NATO missiyasının sona çatması olacaq.

13:23

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa prezidenti Emmanuel Makronla görüşü başlayıb.

“Yeni Gündəm” xərbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Görüşdə ikitərəfli məsələlər müzakirə edilib.

Bu görüşdən sonra Türkiyə prezidentinin Böyük Britaniyanın baş naziri Boris Consonla görüşəcək.

Rəcəb Tayyib bu görüşün ardınca Almaniya kansleri Angela Merkellə bir araya gələcək.

O, bundan sonra Yunanıstanın baş naziri Kiryakos Miçotakisi də qəbul edəcək.

Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Cozef Baydenlə görüşü Türkiyə vaxtı ilə saat 18.00-da olacaq.