Ərəblər əl çəkmir, növbəti barbarlıq görüntüləri yayıldı, Muxtar Babayev isə göz yumur – VİDEObackend

Ötən günlərdə sosial şəbəkələrdə və saytlarda ərəb turistlərin Azərbaycanda ov etməsi və göyərçinlərə əzab verməsi barədə görüntülər yayılmışdı. Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə açıqlama yayaraq bildirdi ki, təlimdə ev quşları olan göyərçinlərlə rəhmsiz rəftar olunması aşkar edildiyindən həmin şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq olundu.

“Yeni Gündəm”-in məlumatına görə, hadisənin üzərindən çox keçmədən dünən Qax Yasaqlığında ərəblərin real ov səhnələri, barbarlıq və vəhşilikləri ilə bağlı yeni görüntülər yayıldı.

Qeyd edək ki, Azərbaycanda ov mövsümü fevralın 28-də başa çatıb. Ovlar arasında qırmızı kitab növləri – qaraqarın bağrıqara, bəzgək və digər quşlar var.

 INSTAGRAM

News24.