Ərəbləri sevmirəm, ancaq nifrət də etmirəm, çünki biz onlardan da betərik…backend

Ərəb kultunu və ərəbləri sevmirəm, ancaq nifrət də etmirəm. Çünki biz onlardan da betərik…

Deyir, ərəblər gəlib bakirə qızlarımızı zorlayıblar. Yalandır və riyakarlıqdır. Həmin qızlar ərəblərə qədər bizimkilərə intim xidmət göstərirdilər. Ərəblər gələndən sonra onlara xidmətini təklif etdilər və təbii ki, baha qiymətə. Yeri gəlmişkən, biz bizimkilərin Rusiyada rus qızlarını necə zorlamasından fəxrlə danışan toplumuq – nala-mıxa vurmayın…

Azərbaycanlı ofisyantların ərəblərə hesabda “700 dollar atmasından” fəxrlə danışmasının və ətraflarındakıların da heyranlıqla “halal olsun” deməsinin şəxsən şahidi olmuşam…

Taksi sürücüləri 5 manatlıq yola görə ərəblərə 100 manat qiymət  oxuyurlar, otellər 50 manatlıq nömrəni ərəblərə 200 manata satırlar, ticarətçilər 10 manatlıq malı 100 manata soxuşdururlar – sonra da ərəbləri söyürük, xeyr ola? Ərəblər turist kimi gəlib burada pul xərcləyirlər, azərbaycan iqtisadiyyatına birbaşa və dolayısı ilə fayda verirlər…

Konkret ov məsələsinə gəldikdə isə, bu fərdi söhbətdir – qanunsuz ova şərait yaradan məmurlar və ərərblər cəzalandırılmalıdır. Bu öz yerində. Ancaq çox da uzağa getməyin. Nahara ayı əti sifariş edən və buna görə 1 milyon hesab verən məmur övladları eyni ölkədə yaşayırıq. Milyardlarla neft pulunu da ərəblər yox, bizimkilər oğurlayıb xaricə daşıyıb, övladlarına biznes qurub, daşınmaz əmlak alıblar, yoxsullara ayrılan yardımı mənimsəyiblər, minlərlə günahsız insanı şərləyib həbs ediblər, əmlaklarını mənimsəyiblər. Bu epizodlara münasibətdə lal, kar və kor olanlar ərəblərə münasibətdə ultra-millətçilərə çevriliblər. Arada güzgüyə də baxın!

Qadir İbrahimli

Jurnalist