Ərindən icazə alıb çılpaq fotolarını paylaşdıbackend

Rusiyalı pop ulduzu Vera Brejneva açıq-saçıq fotoları ilə gündəmə səs salıb.

Həmkarları kimi karantin günlərini evdə keçirən sənətçi başını qatmaq üçün fotosessiya etdirib.

O, rəfiqəsi, fotoqraf Katya Kandratiyevanın kamerası önünə keçərək cazibədar və yarıçılpaq pozlar verib.

İdeal və fit bədən quruluşu ilə əks cins nümayəndələrinin diqqətini özünə cəlb edən Vera fotoları ilə kişi izləyicilərin ağlını başdan alsa da, xanım izləyicilərini qəzəbləndirib. Onlar Brejnevanın biri-birindən seksual şəkillərinə tənqidi yanaşıblar.

Zaman-zaman açıq-saçıq fotoları ilə gündəmə gəlməyi bacaran Vera Brejneva tənqid olunub.

O, “Bəli, gözəl bədən quruluşun var, ancaq səni bu formada yalnız ərin görməlidir”, –  kimi şərhlərlə üz-üzə qalıb.

Vera Brejneva yazılan tənqid və iradlara “Həyat yoldaşımın icazəsi ilə fotoları paylaşmışam” cavabını verib.

Qeyd edək ki, keçmiş “VİA Qra” pop qrupunun solisti Vera Brejnevanın 19 yaşlı Sonya və 13 yaşlı Sara adlı qızları var. / Oxu.Az

Ərindən icazə alıb çılpaq fotolarını paylaşdı
Ərindən icazə alıb çılpaq fotolarını paylaşdı
Ərindən icazə alıb çılpaq fotolarını paylaşdı