Erkin Qədirli parlamentdə bu komitələrə üzv oldubackend

VI çağırış Milli Məclisin deputatı Erkin Qədirli bu gün döş nişanını almaq üçün Milli Məclisə gedib. 

“Yeni Gündəm” xəbər verir ki, bu barədə deputat özü yazıb.

O qeyd edib ki, bu gün Milli Məclisin Katibliyində olub: “Girişdə koronavirus yoxlanışından keçdim. Deputat nişanımı və rəsmi blanklarımı aldım. Vəsiqəni ikinci iclasda verəcəklərini söylədilər. Birinci iclas gələn həftə olacaq (günü hələ məlum deyil). Bundan əlavə, iki komitəyə üzv yazıldım:

1) Hüquq siyasəti və dövlət quruculuğu (əsas komitəm);

2) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə”.