“Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı bölmələrinin diversiya qrupları dövlət sərhədinin Kəlbəcər, Laçın, Daşkəsən istiqamətində ərazi relyefindən və dərə boşluqlarından istifadə edərək bölmələrimizin arxasına sızıblar”.
“Yeni Gundem” xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov keçrdiyi brifinqdə deyib.